Şəhidin adına olan bank kartından pul oğurlanıb.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 28.07.2021
Şəhidin bank kartından 3960 manat oğurlayan şəxs tutuldu
Hazırda oxunan: Şəhidin bank kartından 3960 manat oğurlayan şəxs tutuldu
Hazırda oxunan: Şəhidin bank kartından 3960 manat oğurlayan şəxs tutuldu
30215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.