Bakıda bu restorana şortik geyinən kişilər girə bilməz

Bakıda bu restorana şortik geyinən kişilər girə bilməz

Hazırda oxunan: Bakıda bu restorana şortik geyinən kişilər girə bilməz

30163

Bakıda fəaliyyət göstərən məşhur "Qoşa qala" restoranı kişi müştərilərinə xəbərdarlıq edib. Bildirilib ki, şortik və səndəl geyinən kişilər içəri buraxılmayacaq.  

Bizim.Media xəbər verir ki, bu haqda restoranın sosial şəbəkə hesabında bildirilib.

Eyni zamanda heyvanla məkana gəlmək qadağandır.

"Hörmətli qonaqlar, restorana aid xüsusi dress-kod mövcuddur. Bu səbəblə restorana şortik və dabanıaçıq ayaqqabı ilə (başmaqla) giriş təəssüf ki, mümkün deyil. Sözügedən bildiriş yalnız bəylərə şamil olunur. Həmçinin restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmir. Anlayışınız üçün təşəkkür edirik", - deyə paylaşımda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO