Qusar rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür.
Bizim.Media xəbər verir ki, Qusar rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, ticarət obyektlərində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.
Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.
Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:09 / 27.07.2021
Polis Qusarda maska taxmayananları cərimələdi
Hazırda oxunan: Polis Qusarda maska taxmayananları cərimələdi
Hazırda oxunan: Polis Qusarda maska taxmayananları cərimələdi
0:00
0:00
30111
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.