Toya gələn gənci öldürən şəxs tutuldu 

Toya gələn gənci öldürən şəxs tutuldu 

Hazırda oxunan: Toya gələn gənci öldürən şəxs tutuldu 

29883

Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO