Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə gündür sosial şəbəkədə müzakirə olunan video haqda açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, DİN Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, görüntülər DİN tərəfindən araşdırılıb:
"Məlum olub ki, hadisə Amerika Birləşmiş Ştatlarının Florida ştatında baş verib. Belə ki, Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılır. Video ilk dəfə cümə günü Twitter platformasında paylaşılıb və sürətlə dünya mediasında yayılıb. Video artıq 10 milyondan çox insan tərəfindən onlayn izlənilib və bir müddət sosial media platformasında ən çox baxılan video olub".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:25 / 25.07.2021
DİN-dən müğənninin qətl videosu kimi yayılan görüntülər haqda AÇIQLAMA - FOTO
Hazırda oxunan: DİN-dən müğənninin qətl videosu kimi yayılan görüntülər haqda AÇIQLAMA - FOTO
Hazırda oxunan: DİN-dən müğənninin qətl videosu kimi yayılan görüntülər haqda AÇIQLAMA - FOTO
29853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.