Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

Hazırda oxunan: Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

29656

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çiləgir kəndinin sakini Abil Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin  yaşadığı Çiləgir kəndi yaxınlığında meşə zolağına baxış keçirilən zaman onun əkib yetişdirdiyi 46  ədəd yaş, 9 ədəd quru vəziyyətdə  çətənə bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO