Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Bizim.Media xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
***
Bu gün ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Bizim.Media-nın xəbərinə görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək.
MÖVZU İLƏ BAĞLI:
Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə həbs qoyuldu
Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına veriləcəyi gözlənilir.
Bizim.Media