4 xarici ölkənin jurnalistləri Qarabağa getdi 

4 xarici ölkənin jurnalistləri Qarabağa getdi 

Hazırda oxunan: 4 xarici ölkənin jurnalistləri Qarabağa getdi 

0:00
0:00
29440

Cənubi Amerikadan olan jurnalistlərin Azərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfəri başlayıb. 

Bizim.Media xəbər verir ki, Meksika, Kolumbiya, Braziliya və Argentinanın aparıcı nəşrlərinin və telekanallarının nümayəndələri Füzuli rayonuna səfər edərək burada azad edilmiş torpaqlardakı vəziyyət və minalardan təmizlənmə prosesinin gedişatı ilə tanış olacaqlar. 

Cəbrayıl rayonunda KİV nümayəndələri qəbristanlıqda və ermənilər tərəfindən dağıdılmış digər yerlərdə olacaqlar. 

Xarici jurnalistlər həmçinin Şuşaya və Ağdam rayonuna da səfər edəcəklər. 

Onlar Ağdamda işğal zamanı törədilmiş dağıntıların miqyası, həmçinin hazırda burada aparılan tikinti işləri ilə tanış olacaqlar.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO