Bu rayonda qazilərə, şəhid və aztəminatlı ailələrə qurban payı verildi

Bu rayonda qazilərə, şəhid və aztəminatlı ailələrə qurban payı verildi

Hazırda oxunan: Bu rayonda qazilərə, şəhid və aztəminatlı ailələrə qurban payı verildi

29253

Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Yevlax rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd olunub.

Bizim.Media xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qurbanlıqlar kəsilib.

Ümumilikdə 3 ton qurban əti 1500 ailəyə - Birinci və İkinci Qarabağ müharibəsi qazilərinə, şəhid və aztəminatlı ailələrə paylanıb.

Bayram payı alan ailələr bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO