Kasıbsansa özün günahkarsan – PUL haqqında nəyi bilmirik?

Kasıbsansa özün günahkarsan – PUL haqqında nəyi bilmirik?

Hazırda oxunan: Kasıbsansa özün günahkarsan – PUL haqqında nəyi bilmirik?

29217

Zəngin və yoxsul insanların pula dair fərqli düşüncələri var.

Bu barədə bir çox araşdırmalar aparılıb. Araşdırmalardan məlum olub ki, burada əsas amil zəngin insanlarla kasıb insanların perspektivləri arasındakı inanc fərqidir.

Kasıbsansa özün günahkarsan

Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli professor-doktor Nevşah sosial media hesabında bildirib.

O, qeyd edib ki, hər bir insan öz dəyərini bilməlidir.

“Çox vaxt sosial mediada mənə "Yaxşı, işiniz insanlığa xidmət etməkdirsə, niyə kurslarınızı pulsuz vermirsiniz?"  kimi suallar verirlər. Mənə görə bu istəklər (inkişaf etmiş pulu olan və pulun nə olduğunu bilən bir insana görə)  "utanc verici”dir. Bu şərhi verən şəxsin pul problemi olduğuna əmin olsam da, bunlara belə cavab verirəm: "Siz məni dəyərsizlik səviyyəsinə endirmək istəyinizə müsbət cavab verəcəyimi düşünürsüz?” Əlbəttə ki, yox. Çünki mənim fikrimcə, bir insan öz dəyərini, vaxtın və sənətinin dəyərini bilməlidir”.

Professor qeyd edib ki, bu cür istəklərlə çıxış edən insanlar ondan zəhmətinə onlar kimi dəyər verməməyini tələb edirlər.

“Əslində, o insanlar mənə "Sənin dəyərin mənim gözümdə sıfırdır, səyləriniz, 25 illik araşdırma, təcrübə və bu mövzuda keçirdiyiniz vaxt, ömrünüzün yarısını buna sərf etməyiniz mənim üçün heç bir dəyəri yoxdur və özünüzü dəyərdən salacağınızı, dəyərinizi öz gözlərinizə sıfırladığınızı və mənim nöqteyi-nəzərimə düşməyinizi gözləyirəm” demək istəyir. Əlbətdə ki, bunu yazan şəxs bunları "öz dəyərsizliyi və mənasızlığı" səviyyəsindən, həyatında mənalı bir şey etmədiyini və bəşəriyyət üçün faydalı olmadığı üçün "yoxsul şüurlu" olduğunu bildirir. Görünür ki, o, pul çatışmazlığı yaşadığını və qarşısındakı insanı da öz dəyərsizlik səviyyəsinə salmağa çalışdığını bilir. Mən bu cür insanlardan heç incimirəm də, amma burada sizinlə bölüşmək istədiyim vacib bir dərs var”.

Özünüzün və pulunuzun dəyərini bilməsəniz, dəyəriniz və pulunuz olmayacaq

Professor fikrində onu da qeyd edib ki, özünə dəyər verməyən insanlar hər zaman pulsuz qalacaqlar.

“Gördüyüm odur ki, bu kasıb insanlar "özlərini pula və sərvətə layiq görmürlər", puldan danışanda belə utanırlar və pula "mənfi məna" qoyaraq onun həqiqətindən tamamilə uzaqlaşırlar. Əlbətdə, bu onların özlərinə olan inamlarının aşağı olmasından irəli gəlir. Yadınızda saxlayın, əgər bir insan özünə, vaxtına, işinə, səyinə dəyər vermirsə, özünəməxsusluğunu, istedadını, gücünü və fövqəladə xüsusiyyətlərini görə bilmirsə, xüsusən özünü səhv, natamam, problemli görürsə, o, hər gün daha da  kasıblşacaq. Çünki onun  öz gözlərindəki dəyəri çox aşağıdır”.

“Mal varlığımız və qazancımız özümüzə verdiyimiz dəyərlə 100% bağlıdır”

“Məhz bu səbəbdən şüurla çalışan, özlərinə, insanlığa baxışlarını dəyişdirən, daha sağlam və balanslı bir perspektivə sahib olan insanların qazancı, sərvəti günü-gündən artır. Öz gücünə, biliyinə inanan insanların həyatlarının dəyəri də artırır”. 

Zəngin və yoxsul insanların inanc sistemlərindəki ən əhəmiyyətli fərq, özlərinə verdikləri dəyərdir 

Sonda professor-doktor Nevşah oxucularına bir sualla müraciət edib:

"Yalnız şüuru ilə çalışan, həyatına və insanlığa olan təhrif olunmuş baxışlarını dəyişdirən bir insanın gəlirinin 3 -5, bəzi hallarda 10 dəfə artmasının təsadüf olduğunu düşünürsüz? Əlbəttə yox. Zəngin və yoxsul insanların inanc sistemlərindəki ən əhəmiyyətli fərq, özlərinə verdikləri dəyərdir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO