Şıx çimərliyində suyu çirkləndirən gəmi kameralara tuş gəlib.
Şikayətçilər bu barədə lentə aldıqları görüntüləri Bizim.Media-nın qaynar xəttinə yollayıblar.
Görüntülərdə dənizdə olan gəminin suya neft qalıqları buraxması əsk olunub. Çimərliyə gələn şəhər sakinləri bu xoşagəlməz mənzərəyə görə sahildə istirahət edə bilmədiklərini deyiblər.
Bundan başqa su çirkləndiyi üçün dənizdə çimmək mümkün olmayıb.
Sözügedən görüntüləri təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media