Azərbaycanda İnformasiya Agentliyinin direktor müavini saxlanıldı

Azərbaycanda İnformasiya Agentliyinin direktor müavini saxlanıldı

Hazırda oxunan: Azərbaycanda İnformasiya Agentliyinin direktor müavini saxlanıldı

29013

“Qaynarxətt.az” Media İnformasiya Agentliyinin direktor müavini vəzifəsində işləyən Amid Aslanlının qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna vətəndaş müraciətləri daxil olub.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Amid Aslanlı özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək iyunun 15-də “Dalğa” otelinin əməkdaşından 1000 manat məbləğində pul tələb edib ondan 130 manat məbləğində pul alıb, iyunun 17-də isə Sağlamlıq Mərkəzinin direktorundan hər ay üçün 2 min manat pul tələb edib, həmin pulu vermədikləri halda isə onlar haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda şirkət rəhbəri barəsində axtarış elan olundu


Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Amid Aslanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO