Nazirlər Kabineti “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nda dəyişiklik edib.
Bizim.Media-nın məlumatına görə, “Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərə əsasən məşğul şəxslərə dair məlumatların məşğul şəxslərin reyestrinə daxil edilməsi tələbləri yeni redaksiyada verilib.
Dəyişikliklərə uyğun olaraq həmin qanuna əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər (təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində) bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa ediləcək.
İşsiz şəxslərlə yanaşı il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 17.07.2021
İşsizlərin reyestrinin aparılması qaydası dəyişdi
Hazırda oxunan: İşsizlərin reyestrinin aparılması qaydası dəyişdi
Hazırda oxunan: İşsizlərin reyestrinin aparılması qaydası dəyişdi
28931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.