Abşeronun qalmaqallı direktoru CƏZALANDI – ÖZƏL

Abşeronun qalmaqallı direktoru CƏZALANDI – ÖZƏL

Hazırda oxunan: Abşeronun qalmaqallı direktoru CƏZALANDI – ÖZƏL

28926

Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədovanın kobud qanun pozuntularına yol verdiyi haqqında yazı dərc etmişdik. 

Bizim.Media-ya müraciət edən direktor müavinlərinin iddialarına görə psixoloji durumunda problem olan Roza Məmmədoava işçilərlə davranışını qarğış və təhqir üzərində qurub.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəb direktoru müəlliminə “POZĞUN” dedi - ÖZƏL SƏSYAZISI


Tez-tez aşağılandıqlarından və əxlaqsızlıqda günahlandırıldıqları üçün məktəbdə “at oynadan” direktorun barəsində tədbir görülməsini tələb etmişdilər.

Direktor müavinlərinin tələblərinə baxılıb və Abşeron Rayon təhsil Şöbəsi sözügedən məktəbdə araşdırma aparıb. 

Bu barədə Bizim.Media-ya məlumat verən Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat katbi Aysel Tahirovanın sözlərinə görə Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədovaya xəbərdarlıq edilib:

“Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədovanın yayılan səs yazısı ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, məktəbdə pedaqoji proses əsasən müvafiq qanunvericiliyin tələblərinə uyğun qurulub.

Tabeçiliyində olan işçilərlə münasibətdə etik davranış qaydalarının pozulması hallarına yol verdiyinə görə isə Roza Məmmədovaya xəbərdarlıq edilib”, deyə sorğumuza cavab olaraq qeyd edilib.

Xatırladaq ki, Roza Məmmədovanın adı əvvəllər də qalmaqallarda çəkilib. O, bundan əvvəl Xırdalan şəhər 8 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb. Ümumilikdə isə Abşeron rayonunda 5 məktəb dəyişib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO