Əsəbləri zəif olanlar baxmasın! Mövzu əlbəttə ki, uşaq zorakılığıdır. Bir neçə gün öncə 5 yaşlı uşaq “ana” tərəfindən nənəsinin əvvəllər işlədiyi kafedə qoyulur, işçilər nənəyə zəng vurur ki, uşaq ölür... Uşaq xəstəxanaya, travmatalogiya şöbəsinə yerləşdirilir və hal-hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, bu sözləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kamalə Ağazadə instaqramda yazıb.
Kamalə Ağazadə dünən xəstəxanada olduqlarını və çəkilişləri Daxili İşlər Nazirliyinə göndərdiklərini bildirib:
“Tədqiqat gedir, inşallah bu gün materialın hansı təhqiqatçıda olduğunu da öyrənəcəm. Bu gün nənə ilə də görüşdüm. Nənə uşağa bunu edənin qızı Səadət ilə onun sevgilisi Kamran adlı şəxsin olduğunu iddia edir. Uşağın bədənində siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, məni Kamran döydü, dilimi də o dişlədi... Anasının da orda olduğunu bildirib.
Tədqiqatın işinə müdaxilə etmək fikrim qətiyyən yoxdur, amma Səadət və Kamranhardadır sualıma cavab axtarıram...
Nənənin dediyinə görə, bir dəfə də uşağa zorakılıq olub, şərəfsiz üzr istəyib və şikayət geri götürülüb.
Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir... PATI... Gerisini aidiyyəti qurumlara buraxıram. Mən isə 5 yaşlı körpəni tək buraxmayacam!”
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:03 / 17.07.2021
Anası tərəfindən işgəncə verilən 5 yaşlı uşaq kafedən TAPILDI – ŞOK FOTO
Hazırda oxunan: Anası tərəfindən işgəncə verilən 5 yaşlı uşaq kafedən TAPILDI – ŞOK FOTO
Hazırda oxunan: Anası tərəfindən işgəncə verilən 5 yaşlı uşaq kafedən TAPILDI – ŞOK FOTO
0:00
0:00
28906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.