Qusarda şəhid ailələri və qazilərə medallar təqdim edildi - FOTO

Qusarda şəhid ailələri və qazilərə medallar təqdim edildi - FOTO

Hazırda oxunan: Qusarda şəhid ailələri və qazilərə medallar təqdim edildi - FOTO

28902

Qusarda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Fizulinin azad olunmasına görə"medallarına layiq görülmüş müharibə iştirakçılarına medallar təqdim edilib.

Bizim.Media xəbər verir ki, təltif edilmiş şəhidlərin medalları isə  ailə üzvlərinə verilib.

Təltifləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin Qusar rayon  rəisi Müseyib İbrahimov və Qusar İH-nin şöbə müdiri Turab Allahverdiyev təqdim edib.

Verilən məlumata görə,indiyədək Qusarda 11 şəhid ailəsinə və 10 müharibə iştirakçısına 20-dən artıq medal  təqdim olunub.

Aytəkin Alxaslı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO