Namiqin qadına zor tətbiq etdiyi səs yazısı yayıldı - VİDEO

Namiqin qadına zor tətbiq etdiyi səs yazısı yayıldı - VİDEO

Hazırda oxunan: Namiqin qadına zor tətbiq etdiyi səs yazısı yayıldı - VİDEO

28886

Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Bizim.Media xəbər verir ki, şikayətçi E.R. (şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.
 

MÖVZU İLƏ BAĞLI:

Aşıq Namiq daha bir qadına qarşı seksual zorakılıqda ittiham olunur


N.Fərhadoğlu isə qadının ona şər atdığını, belə bir hadisə yaşanmadığını açıqlayıb. Bu gün isə xanım Namiqin ona qarşı zor tətbiq etdiyi anın səs yazısını yayıb.

Səs yazısında qadının ona "Bura uşağım üçün gəlmişəm. Burax məni, ürəyimdə problem var, burax" deyərək, qarşı çıxmağa çalışdığı yer alıb. Namiq isə ona "Səndən xoşum gəlir, özünü ələ al" deyərək israr edib.

Sözügedən səs yazısını təqdim edirik:

Qeyd edək ki, Aşıq Namiq adı daha çox qalmaqallarda hallanan sənət adamıdır. Bundan əvvəl də N.Fərhadoğlu barəsində hüquq-mühafizə orqanlarına analoji şikayət edilmişdi.

Belə ki, ötən ilin oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.

İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib. Məhkəmənin qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. (Axşam.az)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO