Alimpaşa Məmmədov təcridxanada şeir yazır

Alimpaşa Məmmədov təcridxanada şeir yazır

Hazırda oxunan: Alimpaşa Məmmədov təcridxanada şeir yazır

0:00
0:00
28833

Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədov şeir yazır və idmanla məşğuldur.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Saxlanma Yeri və İstintaq Təcridxanasında A.Məmmədovla görüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Alimpaşa Məmmədovun Sumqayıt sərgüzəştləri - “Mənimkini gətir”


O bildirib ki, sabiq icra başçısı hər gün idmanla məşğul olur:

"Sabiq icra başçısı ilə təcridxanada təkbətək görüşdüm və vəziyyəti ilə maraqlandım. Alimpaşa Məmmədov bildirdi ki, hazırda özünü gümrah hiss edir, heç bir problemi yoxdur, asudə vaxtlarından faydalı istifadə edir. Dedi ki, saxlandığı müddətdə, həmçinin şeir də yazır, faydalı işlə məşğuldur. İstintaqın gedişindən də razıdır, istintaq tam obyektiv aparılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO