Vətən müharibəsi qazisi öz toyuna hərbi formada gəldi - VİDEO

Vətən müharibəsi qazisi öz toyuna hərbi formada gəldi - VİDEO

Hazırda oxunan: Vətən müharibəsi qazisi öz toyuna hərbi formada gəldi - VİDEO

0:00
0:00
28813

Sumqayıtda yaşayan Vətən müharibəsi qazisi Mirağa Mirzəzadənin toyu olub.

Bizim.Media xəzərxəbərə istinadla məlumat verir ki, bəy hərbi geyimdə Vağzalı sədaları altında məclisə daxil olub.

Uşaq vaxtı doğmalarını itirən qazimizi xoş günündə dost-tanışları tək qoymayıb. 

Toyun bütün xərcini isə bəyin dostu öz üzərinə götürüb. Bəyin ömür gün yoldaşı Əntiqə xanım bu nikaha könüldən razı olduğunu deyib. Toy mərasimində iştirak eliyənlər qazimizə xoş arzularını çatdırılblar. 

Qeyd edək ki, qazimiz Vətən müharibəsi başlayanda heç tərəddüd etmədən könüllü olaraq döyüşlərə yollandı.  

Qəhrəmancasına vuruşaraq bir qolunu itirdi. Qazimiz 44 günlük vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO