Bərdə sexində yanğın – 10 ton məhsul kül oldu

Bərdə sexində yanğın – 10 ton məhsul kül oldu

Hazırda oxunan: Bərdə sexində yanğın – 10 ton məhsul kül oldu

28742

Bərdə rayonunun Mirzalıbəyli kəndində sexdə yanğın olub.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, kağız emalı sexinə aid ümumi sahəsi 430 m² olan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları qarsalanıb, içərisində olan 80 ton kağız mallarının 10 tonu yanıb. Tikilinin və kağız malların qalan hissəsi yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO