“Bu video məncə, narkotik istifadəçiləri ilə bağlı vəziyyətin nə yerdə olduğundan xəbər verir. Paylaşmağımın səbəbi isə təhlükəli durumda olan 2 yaşlı körpədir. Hər gün axşam saatlarında Qaraçuxur məscidinin qarşısında qadın uşağını diləndirir. Əldə etdiyi məbləğ də məlum yerə, yəni natkotik almağa sərf edilir... Həm özü, həm əri bu vəziyyətdədir”.
Bizim.Media-nın məlumatına görə, bu sözləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə instaqramda paylaşıb.
Kəmalə Ağazadə qeyd edib ki, uşağın valideynlərin əlindən alınmasına görə, Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edib:
“Bir neçə ay öncə bu ailənin qaldığı evin yanında qarajda yanğın çıxıb. Bu insanlar həmin qarajda kimlərləsə, nələrsə edib, bunu artıq FHN əməkdaşları bilər. Amma mənim narahatçılığım 2 yaşlı uşaqdır. Kim zəmanət verə bilər ki, yanğın yenidən çıxmayacaq? Artıq qaraj yoxdur, yenidən yanğın çıxara bilərlər, o zaman uşağın aqibətini siz deyin...
Həmin evin ünvanı məndədir. Aidiyyəti qurumlar istəyirsə, verim. Birbaşa paylaşmadan öncə neçə dəfə olub ki, məlumatı göndərmişəm, nəticəsi effektli olmayıb. Media isə dərhal reaksiya verib, ictimailəşdirdiyi üçün bunu paylaşmaq zorundayam”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:55 / 15.07.2021
Azərbaycanda narkoman qadının ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI: 2 yaşlı uşağı təhlükədədir - VİDEO
Hazırda oxunan: Azərbaycanda narkoman qadının ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI: 2 yaşlı uşağı təhlükədədir - VİDEO
Hazırda oxunan: Azərbaycanda narkoman qadının ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI: 2 yaşlı uşağı təhlükədədir - VİDEO
28685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.