Bakıdakı çörək sexində dəhşətli antisanitariya - FOTO    

Bakıdakı çörək sexində dəhşətli antisanitariya - FOTO    

Hazırda oxunan: Bakıdakı çörək sexində dəhşətli antisanitariya - FOTO    

28670

Xətai rayonu, 2-ci zeytun sovxozu 165 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədli Turan Məmməd oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Bizim.Media-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən  verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların kobud şəkildə pozulması faktı aşkar edilib.

Belə ki, müəssisənin istehsal sahəsində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb edilmədən fəaliyyət göstərdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı müəyyənləşdirilib.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO