Xırdalanda NATƏMİZLİK - İcra hakimiyyəti MTK -nı GÜNAHLANDIRDI

Xırdalanda NATƏMİZLİK - İcra hakimiyyəti MTK -nı GÜNAHLANDIRDI

Hazırda oxunan: Xırdalanda NATƏMİZLİK - İcra hakimiyyəti MTK -nı GÜNAHLANDIRDI

28661

Məişət tullantılarının vaxtında daşınmaması məsələsi hələ də aktualdır. 

Bizim.Media xəbər verir ki, bu dəfə natəmizliklə bağlı görüntülər Abşeron rayonu Xırdalan parkınından 50 metr kənarda Zərifə Əliyeva küçəsindən əks olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Zibil yığan maşınların “zibilli” FƏALİYYƏTİ – VİDEOFAKT


Məişət tullantılarının daşınmasına məsul olan Abşeron Rayon İcra Hakimiyyəti həmin natəmizliyə günlərdir ki, göz yumur. Vəziyyət isə dözülməz hala gəlib çıxıb.  

İcra Hakimiyyətinin əməkdaşları yalnız qutuları boşaldırlar, yerdə baş-alıb gedən zibilə isə əllərini belə vurmurlar. Zibillik iki binanın arasında yerləşir və həm də binanın girişidir. 

Qeyd edək ki, Abşeron Rayon icra Hakimiyyəti Xırdalan parkında  uşaqların sağlamlığı və istirahəti üçün idman qurğuları quraşdırıb. Ondan 50 metr aralıda isə uşaqların xəstəlik tapa biləcəyi natəmizlik hökm sürür.

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov məsələ ilə bağlı Bizim.Media-ya bildirib ki, əslində sözügedən ünvandakı natəmizliyə görə MTK cavabdehdir:

“Ora MTK-nın ərazisidir. Dəfələrlə MTK-lara xəbərdarlıq edilməsinə baxmayaraq hər hansı tədbir görülməyib. Həm zibil qutularının dəyişdirilməsi, həm ətraf mühitin çirklənməsinin qarşısının alınması, həm də məişət tullantılarının ərazidən daşınması ilə bağlı aidiyyəti üzrə müqavilələr imzalanıb.


Bu istiqamətdə hər hansı bir tədbir görülmədiyinə görə artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hüquq mühafizə orqanlarına müraciətlər olunub. Düzdür, ümumi şəhərin problemi olduğu üçün hər dəfə zibilin ərazidən daşınmasını həyata keçirmişik. Bu dəfə də onun daşınması həyata keçirilir. Amma MTK-lar da öz məsuliyyətlərini dərk etməlidirlər və bu istiqamətdə tədbirlər görməlidirlər”, deyə qurum rəsmisi əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO