Şəmkirdə ağır yol qəzası - 3 ölü, 2 yaralı

Şəmkirdə ağır yol qəzası - 3 ölü, 2 yaralı

Hazırda oxunan: Şəmkirdə ağır yol qəzası - 3 ölü, 2 yaralı

28650

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Şəmkir rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

İdarədən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"İyulun 14-də saat 23:37 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisindən keçən 404-cü km-də sürücü Şəmkir rayon sakini 10.05.1989-cu il təvəllüdlü Məmmədov Ramin Zakir oğlunun idarə etdiyi QAZ 3110 markalı, 20-EX-453 dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Ağstafa rayon sakini 23.03.1988-ci il təvəllüdlü Məmmədov Şahin Siyavuş oğlunun idarə etdiyi QAZ 33021 markalı, 44-BT-184 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində QAZ 3110 markalı avtomobilin sürücüsü R.Məmmədov, həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakinləri 05.08.1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu və 24.02.1964-cü il təvəllüdlü Cəfərov Bəhman Salman oğlu aldıqları xəsarətlərdən ölüb, QAZ 33021 markalı yük avtomobilinin sürücüsü Ş.Məmmədov və sərnişini Ağstafa rayon sakini 23.07.1974-cü il təvəllüdlü Bayramov Ədalət Cəlal oğlu xəsarət alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına daxil olublar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO