Qubada faciə - Ana qızını xilas edərkən öldü - FOTO

Qubada faciə - Ana qızını xilas edərkən öldü - FOTO

Hazırda oxunan: Qubada faciə - Ana qızını xilas edərkən öldü - FOTO

28510

Qubanın Vəlvələ kəndində faciəvi hadisə baş verib.

Bizim.Media xəbər verir ki, kənd sakini, 34 yaşlı Diləfruz Məmmədağa qızı Mustafayeva 13 yaşlı  qızı Lamiyənin Samur-Abşeron kanalına düşdüyünü görüb özünü suya atıb.Bunu görən qadının həyat yoldaşı Asəf Mustafayev də özünü kanala ataraq yoldaşını və qızını xilas etməyə çalışıb. 

Asəf Mustafayev yaxınlıqda olan şəxslər qızı Lamiyəni sudan çıxara bilsə də həyat yoldaşını xilas edə bilməyib. Qadını su aparıb. Diləfruz Mustafayevanın meyiti hadisə yerindən bir  km aralıda -Gədikqışlaq kəndi ərazisində kanaldan çıxarılıb.

Sudan çıxarılan Lamiyə Mustafayeva isə müxtəlif xəsarətlərlə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Dərhal hadisə yerinə Quba polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib. Qadının meyiti tibbi ekspertizaya təhvil verilib. Quba rayon prokurorluğunda faktın araşdırılmasına başlanılıb.Fakta görə cinayət işi başladılıb.

Qeyd edək ki, Asəf və Diləfruz Mustafayevlər Samur-Abşeron kanalı su istismar idarəsində işləyiblər. Ailə 3 uşağı ilə idarənin Vəlvələ kəndindəki bölməsindəki otaqların birində yaşayıblar.

Asəf Mustafayev Vəlvələ kəndində  kanalın gözətçisi,həyat yoldaşı Diləfruz Mustafayeva isə nəzarətçi işləyib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO