Şəhriyar Məmmədyarov Soçiyə uçan təyyarəyə gecikdi

Şəhriyar Məmmədyarov Soçiyə uçan təyyarəyə gecikdi

Hazırda oxunan: Şəhriyar Məmmədyarov Soçiyə uçan təyyarəyə gecikdi

28497

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və rusiyalı şahmatçı Aleksandr Qrişşuk şahmat üzrə Dünya Kubokunun keçirildiyi Soçiyə uçan təyyarəyə gecikiblər.

Bizim.Media xəbər verir ki, bu barədə Məmmədyarovun özü sosial şəbəkə hesablarında paylaşım edib.

Şahmatçı öz səhifəsində Aleksandr Qrişşukla şəklini paylaşaraq qeyd edib ki, onlar təyyarəyə birlikdə gecikiblər.

"Təyyarəyə gecikmiş iki oğlan. Uğursuz başlayan səyahət, inşallah, uğurla bitər”, - Məmmədyarov yazıb.

Özünün Facebook səhifəsində isə şahmatçı Qrişşukla birlikdə təyyarəyə gecikmə səbəbini açıqlayıb.

"Bəşəriyyət tarixində ən bahalı pivə”, - Məmmədyarov yazıb.

Məmmədyarovla Qrişşuk Zaqrebdə (Xorvatiya) keçirilən Grand Chess Tour çərçivəsində rapid və blits turnirlərində iştirak ediblər.

Şahmatçıların Soçi reysini ötürmələrinə baxmayaraq, onlar Dünya Kubokuna özlərini çatdıracaqlar. Çünki yüksək reytinqlərinə görə ikinci dövrədən başlayacaqlar, o isə iyulun 15-də start götürür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO