Qayınanasını öldürdü, arvadını ağır yaraladı - TƏFƏRRÜAT- YENİLƏNİB

Qayınanasını öldürdü, arvadını ağır yaraladı - TƏFƏRRÜAT- YENİLƏNİB

Hazırda oxunan: Qayınanasını öldürdü, arvadını ağır yaraladı - TƏFƏRRÜAT- YENİLƏNİB

28488

Şəmkir rayonunda baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.

Bizim.Media report-a istinadla xəbər verir ki,  Mahizər Hüseynova yataq otağında yuxuda olduğu zaman bıçaqlanıb.

O, kəskin ağrıya oyanıb və üst-başının qan içərisində olduğunu görüb. Bundan sonra səs-küyə anası Sədaqət İbadullayeva gəlib. Bu zaman kürəkəni onu da bıçaqlayıb.

Hər iki qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin S.İbadullayeva yolda dünyasını dəyişib. M.Hüseynova isə cərrahiyyə əməliyyatına alınıb.

Ailədə bundan əvvəl də zaman-zaman mübahisə yaşandığı, İ.Hüseynovun həyat yoldaşını ov tüfəngi ilə hədələdiyi bildirilir.u

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


***

Şəmkir rayonunda qətl törədilib.

Bizim.Media xəbər verir ki, hadisə Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini şəxsi münasibətlər zəminində qaynanası Sədaqət İbadullayevanı və həyat yoldaşı Mahizər Hüseynovanı bıçaqlayıb.

Nəticədə qaynanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO