Bakıda bacılarını qətlə yetirən şəxs ömürlük həbs edildi - VİDEO

Bakıda bacılarını qətlə yetirən şəxs ömürlük həbs edildi - VİDEO

Hazırda oxunan: Bakıda bacılarını qətlə yetirən şəxs ömürlük həbs edildi - VİDEO

28470

Məhkəmə Xəzər rayonunda bacılarını qətlə yetirən şəxsə hökm oxuyub.

Bizim.Media xəbər verir ki, Əlimanov Muxtar Şirbala oğluna Xəzər Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

İş üzrə dindirilən M.Əlimanov bacıları ilə münaqişənin səbəbinin torpaq payı məsələsi olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əlimanov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2019-cu ilin aprelin 16-sı gecə saatlarında Daxili İşlər Nazirliyinin “102” xidmətindən Xəzər Rayon Polis İdarəsinə Buzovna qəsəbəsində bıçaqlanma hadisəsinin baş verməsi ilə əlaqədar məlumat daxil olub.

Bununla əlaqədar əməliyyat qrupu həmin ünvana yollanıb. Məlum olub ki, əvvəllər məhkum olunmuş Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində mətbəx bıçağı ilə bacılarına çoxsaylı zərbələr vurub.

Cinayəti törədən şəxs hadisə yerində polis əməkdaşlarına təslim olub. Səadət Əlimanovanın meyiti fərdi evin zalında, ağır yaralı olan Məlahət Əlimanova isə yataq otağında aşkar edilib.

Yaralı evə çağırılan təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, aprelin 19-da M.Əlimanova yerləşdirildiyi xəstəxanada vəfat edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO