İyulun 12-də Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib.
MTRŞ-dan Bizim.Media-ya bildirilib ki, iclasda 25 iyun-9 iyul 2021-ci il tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
30 iyun 2021-ci il tarixdə "Araz", 1 iyulda isə "Space" radio kanalının efirində"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun maddəsinin tələbləri pozulub.
Şura "Araz" radio kanalının efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılmasına qərar verib.
Həmçinin "Space" radiosunun efirində 17 iyul 2021-ci il tarixdə proqramların yayımınınsaat 21:00-dan saat 24:00-dək dayandırılması qərara alınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:38 / 12.07.2021
\"Araz\" və \"Space\" radio kanallarının yayımı bu müddətdə dayandırılır - SƏBƏB
Hazırda oxunan: \"Araz\" və \"Space\" radio kanallarının yayımı bu müddətdə dayandırılır - SƏBƏB
Hazırda oxunan: \"Araz\" və \"Space\" radio kanallarının yayımı bu müddətdə dayandırılır - SƏBƏB
28327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.