Kürdəmirdə evdən seyf oğurlayan şəxslər tutuldu

Kürdəmirdə evdən seyf oğurlayan şəxslər tutuldu

Hazırda oxunan: Kürdəmirdə evdən seyf oğurlayan şəxslər tutuldu

28319

Kürdəmirdə yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb. 

Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən iki ədəd notbuk, bir ədəd mobil telefon və bir ədəd dəmir seyf oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.

Araşdırmalarla onların rayon sakini Fərid Musayev və onun tanışı, rayonun Mollakənd kənd sakini Xəyal Heydərov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf edərək, qanunsuz yolla əldə etdikləri əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO