Yağışlı hava şəraiti ilə bağlı Bakının hansı küçələrində sıxlıqdır? - FOTO

Yağışlı hava şəraiti ilə bağlı Bakının hansı küçələrində sıxlıqdır? - FOTO

Hazırda oxunan: Yağışlı hava şəraiti ilə bağlı Bakının hansı küçələrində sıxlıqdır? - FOTO

2830

Gecə saatlarından davam edən yağışlı hava şəraiti ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın sıxlığı müşahidə edilir. 

Bizim.Media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. 

O bildirib ki, yağışlı hava şəraiti paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq yaradıb:

“Əsasən, Bakının H.Əliyev prospektindən şəhər mərkəzi istiqamətində kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Moskva prospekti, Babək prospekti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi- Bayıl dairəsi, A.M.Şərifzadə küçəsi, M.Füzuli küçəsində bu dəqiqələrdə çox böyük subasma halları müşahidə olunur.

Bu küçələr şəhərin əsas nəqliyyat yükünü öz üzərinə götürən küçələr olduğundan avtobusların intervalına da təsir edir”.

M.Ağayev vurğulayıb ki, yağışlı hava şəraiti ekspress avtobusların gecikməsinə də təsir göstərir:

“Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edirik.

Xüsusilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılması zəruridir.

Sürücülərdən xahiş edirik, avtomobillərini qadağan olunan yerlərdə saxlamasınlar və yollarda hərəkət üstünlüyünü sərnişin avtobuslarına versinlər”.

“Yollarda sıxlığın aradan qaldırılması üçün yollara nəzarət artırılır, işıqforlarda yaşıl dalğa əmri tətbiq edilir ki, hərəkətlilik artsın”, - deyə M.Ağayev qeyd edib. (oxu.az)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO