Zərərli işlərdə çalışanlar nə etməlidir? - Bunlar QADAĞANDIR

Zərərli işlərdə çalışanlar nə etməlidir? - Bunlar QADAĞANDIR

Hazırda oxunan: Zərərli işlərdə çalışanlar nə etməlidir? - Bunlar QADAĞANDIR

28299

Əmək şəraiti ağır işdə çalışanların əlavə məzuniyyət hüququ ilə bağlı məsələ gündəmə gəlib. Bəzi müəssisələrdə işəgötürlənlər zərərli işlərdə çalışanların məzuniyyət hüququnu kəsir və ya qanunvericilikdə əks olunan qaydalara zidd addım atırlar.

Bizim.Media xəbər verir ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Facebook” hesabında zərərli işə görə əlavə məzuniyyət hüququnun hansı əsaslarla təyin edilməsini izah edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda iş yerləri daha çox hansı bölgədə açılıb? – SİYAHI


O, qeyd edib ki, əlavə məzuniyyət hüququ Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" ilə tənzimlənir:

“Bu siyahıda adı olan vəzifə və peşələr üçün müxtəlif müddətlərdə əlavə məzuniyyət hüququ nəzərdə tutulur. Eyni zamanda iş yerlərinin attestasiyasına, əmək və kollektiv müqavilələrdə bu müddət tərəflərin qarşılıqlı razılığı ilə siyahıda göstərilən müddətdən də çox verilə bilər. Bu siyahıda göstərilən peşə vəzifələri üçün isə zərərlilik dərəcəsindən asılı olaraq 6,12,18, 24 və sair müddətlərdə əlavə məzuniyyət hüququ nəzərdə tutulub”.

Əmək şəraiti ağır və zərəli işlərdə çalışanların əmək haqqı dərəcəsi xüsusi əmsalla hesablanmaqla yanaşı, eyni zamanda qanunvericiliklə əlavə hüquqları da var.

Əmək Məcəlləsinin 115 - ci maddəsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əlavə məzuniyyətin pul ilə əvəz edilməsi (kompensasiya edilməsi) qadağandır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO