BMT-nin rezident əlaqələndiricisi Bakıya gəldi

BMT-nin rezident əlaqələndiricisi Bakıya gəldi

Hazırda oxunan: BMT-nin rezident əlaqələndiricisi Bakıya gəldi

28253

BMT- nin Azərbaycandakı resident əlaqələndiricisi Vladanka Andreyeva Bakıya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə diplomat özünün tvitter hesabında yazıb.

Qeyd edək ki, xanım Andreyeva BMT-də, habelə Avropa və Asiya ölkələrində icra etdiyi müxtəlif vəzifələr sayəsində beynəlxalq inkişaf, humanitar fəaliyyətlərin əlaqələndirilməsi, vəkillik və tərəfdaşlığın qurulması sahələrində 21 illik təcrübəyə malikdir. 

Yeni təyinatından əvvəl Kambocada BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) rəhbəri olmuş Vladanka Andreyeva eyni zamanda BMT-nin həmin ölkədəki İdarə Heyətinin COVİD-19 pandemiyası ilə bağlı hazırlıq və cavab tədbirlərinə cavabdeh olan qrupuna başçılıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO