Milix Yevdayev:

Milix Yevdayev: " Erməni xisləti elə bir şeydir ki, onların tikib-yaratmaqla işi yoxdur "

Hazırda oxunan: Milix Yevdayev: " Erməni xisləti elə bir şeydir ki, onların tikib-yaratmaqla işi yoxdur "

28190

"Şuşa ziyarəti 30 illik arzularımızın həqiqətə çevrilməsidir. Bu, Şanlı Ordumuzun qələbəsidir. Qələbəmizin memarı Prezident İlham Əliyev "Dəmir yumruq" əməliyyatında xalqla bir olub. Bu qələbə bizə hüququmuzu, mənliyimizi, qeyrətimizi, mənliyimizi verib". 

Bizim.Media xəbər verir ki, bunu Şuşada Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşadan hər zaman Azərbaycanın səsini eşidək” - Alban udi dini icmasının rəhbəri


Onun sözlərinə görə, bu gün Şuşada dini məbədlərin içində azad səslərinin eşidilməsi, Azərbaycanda fəaliyyətdə olan bütün dini icmaların dualarının Allaha çatdırılması ondan xəbər verir ki, biz Allahın himayəsi altındayıq:

"Azərbaycan xalqının gələcəyi həmişə fəxrli olacaq. Buralarda insan gülüşləri, xoşbəxt həyat görünəcək".

M.Yevdayev dini-mədəni abidələrin ermənilər tərəfindən dağıdılmasına da münasibət bildirib. O deyib ki, erməni xisləti elə bir şeydir ki, onların tikib-yaratmaqla işi yoxdur:

"Ona görə də heç kəsin qisası heç kəsdə qalmır. Biri var zülm, biri də var ərşə çəkilmək, bu, ərşə çəkilən zülm idi və heç vaxt yerdə qala bilməzdi, ona görə də qisası alındı". (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO