Hansı ölkələrin səfirləri Şuşaya gedib? - AZƏRBAYCANIN  DOSTLARININ  SİYAHISI

Hansı ölkələrin səfirləri Şuşaya gedib? - AZƏRBAYCANIN  DOSTLARININ  SİYAHISI

Hazırda oxunan: Hansı ölkələrin səfirləri Şuşaya gedib? - AZƏRBAYCANIN  DOSTLARININ  SİYAHISI

28188

ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etməsi Azərbaycanda geniş ictimai etiraza səbəb olub. 

Bəs hansı ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan hökumətinin Şuşa şəhərinə səfər etmək dəvətini qəbul edib?

Bizim.Media xatırladır ki, dünən 46 dövlətin səfiri Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərini ziyarət edib.

Bunlar Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və Yunanistan səfirləridir.

Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın isə müvəqqəti işlər vəkilləri səfərdə olub.

Şuşa və Füzulidə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də olub.

Xatırladaq ki, ABŞ, Fransa və Rusiyanın səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etməyib və Şuşaya getməkdən imtina ediblər.

Şuşa səfəri zamanı səfirləri müşayiət edən prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin jurnalistlərə verdiyi məlumata görə, diplomatik korpusun Qarabağ paytaxtına səfəri Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə təşkil edilib.

Bu, Qarabağın azad edilmiş bölgələrinə yeddinci səyahətdir. Əvvəllər diplomatik korpus Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Ağdamı ziyarət etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO