Qubada 43 yaşlı kişi özünü asdı

Qubada 43 yaşlı kişi özünü asdı

Hazırda oxunan: Qubada 43 yaşlı kişi özünü asdı

28150

Qubada 43 yaşlı kişi yaşadığı evdə intihar edib.

Bizim.Media xəbər verir ki, Quba şəhər sakini Həsən Feyruz oğlu Həsənov öz evinin tavan hissəsindən özünü asaraq həyatına son qoyub.

Hadisə yerinə Quba rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib. Mərhumun meyiti tibbi ekspertiza üçün aidiyyatı orqanlara təhvil verilib.

İlkin araşdırma zamanı məlum olub ki, 43 yaşlı Həsən Həsənov spirtli içki qəbul etdikdən sonra intihara əl atıb.

Qeyd edək ki,iyulun 5-də isə Qubanın Aşağı Tüləkəran kəndində 10-cu sinif şagirdi olan Ruslan Həmidov spirtli içki qəbul edib və atasından qorxduğu üçün özünü asıb.
Hadisə ilə bağlı Quba rayon prokurorluğunda araşdırma başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO