Müdafiə nazirinin 2021-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkə başçısının Azərbaycan Ordusunda struktur islahatlarının aparılması və onun say tərkibinin artırılması istiqamətində tapşırıqlarına əsasən kadr orqanlarının üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov ötən il ərzində kadrların komplektləşdirilməsi ilə bağlı görülmüş işlərdən, cari ildə qarşıda duran vəzifələrdən danışıb, kadrların idarə edilməsində əldə olunan nailiyyətlərdən və kadr idarəetmə sisteminin daha da təkmilləşdirilməsindən söz açıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:21 / 10.07.2021
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin toplantısı keçirildi
Hazırda oxunan: Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin toplantısı keçirildi
Hazırda oxunan: Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin toplantısı keçirildi
28116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.