“Qoçu” avtobus sürücüləri niyə CƏZALANMIR? - VİDEOLAR

“Qoçu” avtobus sürücüləri niyə CƏZALANMIR? - VİDEOLAR

Hazırda oxunan: “Qoçu” avtobus sürücüləri niyə CƏZALANMIR? - VİDEOLAR

28023

Bakının ictimai nəqliyyat problemi bitib-tükənmək bilmir. Acı əsərin müəllifi olan Bakı Nəqliyyat Agentliyinin (BNA) bərbad fəaliyyətindən isə deməyə nə söz, eşitməyə şikayət qalıb. İllərdir ictimaiyyəti bürüyən sərnişin narazılıqlarına 6 ildir yaranan BNA rəhbərliyi də susur. 

İctimai nəqliyyatın sərnişin sıxlığı, inteval problemi, yararlılıq müddəti bitmiş avtobusların hələ də xəttə buraxılması, kondinsioner mübahisəsi, sürücü məsuliyyətsizliyi və cəzasızlığı gündəlik şahid olduğumuz həll olunmayan problemlərdəndir. 

Xatırladaq ki, BNA-nın məramında nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, rahat hərəkətinin təmin edilməsi dayanır.
 

MÖVZU İLƏ BAĞLI:

Rus maşınları BAHALAŞDI - Avtomobil bazarında ŞOK


Özləri də hər çıxış və bəyantlarında sözdə bu mərama xidmət etdiklərini vurğulayrlar. Amma, atalar demişkən “görünən dağa bələdçi lazım deyil”. Bu gün ictimai nəqliyyatdakı problem, nizamsızlıq və cəzasızlıq durumu hər kəsin rahat baxa biləcəyi güzgüyə çevrilib. 

Dəhşətlisi isə odur ki, ictimai nəqliyyatdakı vəziyyət sağalacağı bilinməyən xəstəlik durumuna gəlib çatıb. Üstəlik bu “xəstəlik” kəskinləşib desək yanılmarıq. Narazı əhali BNA-nın fəaliyyətində hökm sürən özbaşınalığın aradan qaldırılmasında nə qədər israrlılıq nümayiş etdirsə də, nəqliyyat “qoçuları” bir o qədər baş qaldırır. 

Son günlər sərnişinlərin həyatı ilə “oynayan” avtobus sürücüləri fəallaşmağa başlayıb.

Sərnişinlərin həyatına cavabdeh olan avtobus sürücüləri necə gəldi sürür, yolda ötüşmə əməliyyatına girir, dayanacağa ilk hansı avtobusun daxil olması uğrunda mübarizə gedir. Sürücü nizamsızlığına göz yuman Bakı Nəqliyyat Agentliyi qanun pozuntuları ilə bağlı nəinki tədbir görür, sanki heç bir şey baş verməmiş kimi yaxalarını kənara çəkib, “nümunəvi” fəaliyyətlərinə tamaşa edirlər. 

Son illər Bakıda avtobus qəzalarının sayı-hesabı yoxdur. Təssüfedici məqam isə ictimai nəqliyyatın iştirakı ilə baş verən qəza və hadisələrdə günahkarların cəzalandırılmamasıdır. Bu gün intizamsız sürücülər sadəcə xəbərdarlıqla tənbeh edilir.

BNA-nın quru xəbərdarlıqlarına nə əhəmiyyət verən, nə də nəticə çıxaran var. Əksinə cəzasızlıq sindromu bu sahənin getdikcə gərginləşməsinə və “çamura” bulaşmasına xidmət edir.  

Nümunə olaraq bir neçə gün əvvəl Bakıda başı telefona qarışan və qəza törədən “Bakubus” sürücüsünü, bu ilin mart ayında sükan arxasında videogörüntü ilə danışanı, yaxud M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət zamanı toqquşan iki sərnişin avtobusunun sürücülərini misal çəkə bilərik. Analoji olayla bağlı kifayət qədər nümunə gətirmək mümkündür ki, BNA intizamsız və məsuliyyətsiz sürücülərinə hamilik etməkdə davam edir. 

Beynəlxalq təcrübələr əsasən, avtobus sürücüsü olmaq yetərincə ciddi prosesdir. Bunun üçün sürücülük imtahanları ilə yanaşı, tibbi - fizioloji, psixoloji testlərdən də keçmək lazımdır. Avropa ölkələrində avtobus sürücüsü işləmək istəyən mütləq avtobusun hissələri barədə texniki biliklərə sahib olmalı, sərnişinlərlə davranış qaydaları və ətraf mühit barədə məlumatlı olmalı, eləcə də istirahət, növbəli iş sistemi ilə işləmək bacarığına malik olmalıdır. Bundan əlavə yanğın təhlükəsizliyi və sərnişinin qanaxması, nəfəs darlığı, ürək dayanması zamanı da təcili müdaxilə qabiliyyətinə sahib olmalıdırlar.

Fəaliyyəti dövründə bu tələbləri pozan və ya qanundankənar addımlara yol verən sürücülərin cəzası birbaşa işlərindən kənarlaşma olur.  

Azərbaycanın ictimai nəqliyyatındakı reallığında bu tələblərə riayət edilirmi? 

Bunu da cavabdeh qurum düşünsün...

Alçina Amilqızı, Bizim.Media 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO