Füzuli rayonunda minaya düşən iki mülki şəxsdən biri hadisə yerində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində ağır xəsarət alan Nuru Nuriyev dünyasını dəyişib:
"Artıq hər iki şəxs minaya düşdükləri ərazidən çıxarılıb. Polis və Daxili Qoşunların əməkdaşları həyatlarını təhlükəyə ataraq əraziyə daxil olub vətəndaşların minaya düşdüyü yerə çatarkən Nuru Nuriyevin artıq həlak olduğunu görüblər. Onun meyiti ərazidən çıxarılıb.
Minaya düşən digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu da ərazidən çıxarıb xəstəxanaya aidiyyəti üzrə təhvil veriblər".
Xatırladaq ki, bu gün saat 14:00 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə icazəsiz daxil olan Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov piyada əleyhinə minaya düşüblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:21 / 08.07.2021
Füzulidə minaya düşənlərin biri həlak oldu
Hazırda oxunan: Füzulidə minaya düşənlərin biri həlak oldu
Hazırda oxunan: Füzulidə minaya düşənlərin biri həlak oldu
27911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.