Yelo Bank müharibə veteranına qalib gəldi – 100 manat ÖDƏNMƏLİDİR

Yelo Bank müharibə veteranına qalib gəldi – 100 manat ÖDƏNMƏLİDİR

Hazırda oxunan: Yelo Bank müharibə veteranına qalib gəldi – 100 manat ÖDƏNMƏLİDİR

27908

Yelo Bankın müharibə iştirakçısı Ərəstun Əbilzadəni 100 manat borca görə məhkəməyə verdiyini xəbər vermişdik. İyulun 1-də Biləsuvar Rayon Məhkəməsində müharibə veteranının iştirakı olmadan iclas keçirilib. Məhkəmə Yelo Bankın xeyrinə qərar çıxarıb və qarşı tərəfdən 100 manat borcu ödəməsi tələb edilib. 

Bu barədə Bizim.Media-ya Ərəstun Əbilzadənin özü məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Yelo Bankın müharibə iştirakçısı ilə məhkəmə QALMAQALI davam edir 


O, deyib ki, gəmidə çalışdığı üçün məhkəmədə iştirak edə bilməyib. Buna baxmayaraq Biləsuvar Rayon Məhkəməsi qərar çıxarıb:

“Təsəvvür edin ki, məhkəmədə mənim veteran olduğum barədə bir kəlmə də olsun qeyd edilməyib. Bankdan isə xəbər yoxdur. Hansı məhkəmə nə qərar çıxarırsa, vicdanları bilsin. Mən heç nə ödəyən deyiləm”, deyə Ərəstun Əbilzadə əlavə edib.  

Xatırladaq ki, Ərəstun Əbilzadə Vətən müharibəsindən əvvəl bankdan 5 min manat borc götürüb və vaxtı-vaxtında aylıq ödənişlərini edib. Müharibədə olduğu müddətdə məlum səbəbdən borclarını gecikdirib.

Bank isə veteranın gecikdirilmiş borcuna görə əlavə hesablanmış faiz (100 manat) yazıb. Müharibədən qayıdandan sonra gecikdirdiyi aylıq borclarını ödəsə də, bank bununla kifayətlənməyib. Yelo Bank müharibə iştirakçısından hələ də faizin ödənilməsini tələb edir. Ərəstun Əbilzadə 13 may 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 2010-cu ildə orta təhsilini bitirərək Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub.

Burada Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi ixtisası üzrə təhsil alıb. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə gedib.

Müddətli həqiqi hərbi xidmətdən sonra 2015-ci idlə ASCO-nun “Ramiz Hacıyev” gəmisində matros kimi işə başlayıb.

Ərəstun Əbilzadə Vətən müharibəsində iştirak edən 58 nəfər ASCO əməkdaşından  biridir. 44 günlük haqq savaşında qəhrəmanlıqla, böyük qürurla döyüşüb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO