Zooparkın açılış vaxtı bəlli oldu – İstilər heyvanları TƏLƏF EDİB?  

Zooparkın açılış vaxtı bəlli oldu – İstilər heyvanları TƏLƏF EDİB?  

Hazırda oxunan: Zooparkın açılış vaxtı bəlli oldu – İstilər heyvanları TƏLƏF EDİB?  

0:00
0:00
27885

Bakı Zooloji Parkı artıq iki il yarımdır ki, fəaliyyət göstərmir.

Xatırladaq ki, zoopark 2019-cu il fevralın 2-dən təmir-tikinti və yenidənqurma işlərinə bağlanıb. Burada saxlanılan heyvanlar Qobu qəsəbəsində inşa edilən müvəqqəti heyvanxanaya köçürülüb. 

Koronavirus pandemiyası isə təmir işlərini yubatdı. Və nəhayyət, uzunmüddətlik fəaliyyətdən sonra işlərin yekunlaşmaq üzrə olduğu bildirilir.

Bu arada son günlər havaların isti keçməsi ilə əlaqədar olaraq, köçürülmələr zamanı heyvanların əziyyət çəkdiyi və aralarında tələf olanların olduğu haqqında sosial şəbəkələrdə iddialar yer alır. 

Bu iddialar nə dərəcədə doğrudur? 

Bakı Zooloji Parkının direktoru Azər Hüseynov Bizim.Media-ya açıqlamasında deyilənləri təkzib edib:

“Bunlar yalnış iddiadır. Heyvanlar yaxşıdır. İki nəcib maralın, oyuncaq meymunun balaları doğulub”. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda it və pişiklər COVİD-19 müayinəsindən keçəcək - Tədqiqatlara başlanıldı


Azər Hüseynov deyib ki, heyvanlar tədricən təzə zooparka köçürülür: 

“Hələ ki, yalnız bəzi heyvanlar köçürülüb Amma işlər bitmək üzrədir.  Yaxın zamanlarda təzə zooparkın açılışı olacaq. Hazırlıq işləri aparılır”. 

Park direktoru Gürcüstanla heyvan mübadiləsinin aparıldığını da bildirib: 

“Tibilisi şəhərinə gedirəm – buradan marallar, dəvəquşu ora gedir. Əvəzinə zebralar gətiriləcək”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO