Qulu Məhərrəmli: “Siyasi partiyaların mediası azad ola bilməz”

Qulu Məhərrəmli: “Siyasi partiyaların mediası azad ola bilməz”

Hazırda oxunan: Qulu Məhərrəmli: “Siyasi partiyaların mediası azad ola bilməz”

27849

Siyasi partiyalar və dini qurumlar çap mediası istisna olmaqla, media orqanları təsis edə bilməyəcək. Bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb.

Bu qanun layihəsi təsdiqlənəcəyi halda jurnalistikaya təsiri nə olacaq? Partiya və dini qurumların telekanalları olmasa, hamı mövcud özəl “tv”lərdən asılı qalacaq?

“İndi bu qanun layihə şəklində mövcuddur. Orada müxtəlif təkliflər, yanaşmalar ola bilər. Bunlar ciddi ekpertizadan keçəcək. Amma indiki halda dini qurumların və siyasi partiyaların media orqanlarına qadağaların qoyulması bəlli mülahizələrdən doğur” deyən əməkdar jurnalist, professor Qulu Məhərrəmli əlavə etdi ki, demokratik ölkələrdə hakmiyyət orqanlarının qəzetləri olmur. Bir çox qurumlar var ki, onlara qəzet təsis eləmək məqbul sayılmır.
 

MÖVZU İLƏ BAĞLI:

Partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək


Bizim.Media-ya özəl açıqlamasında BDU-nun professoru Qulu Məhərrəmli sadaladıqlarının səbəbini izah etdi:

“Niyə belə olur? Çünki media heç kimdən asılı olmamalıdır. Yəni, o, azad, müstəqil, sərbəst olmalı, cəmiyyəti işıqlandırmalıdır. Asılı olan media qurumları yalnız lokal, korporativ maraqları ifadə edir. Ona görə də o, cəmiyyət tərəfindən ümumi media sayılmır. Bizdə də cəmiyyətin siyasi-sosial strukturuna uyğun olaraq media sistemi formalaşıb. İqtidar qəzeti, müxalifət qəzeti, ayrı-ayrı təşkilatların qəzeti və s. və ilaxır. 

Hesab edirəm ki, dini qurumun özünün öz daxilində hansısa bir çap qəzeti ola bilər. Amma o, ümumi satış və yaxud cəmiyyət üçün deyil. Eləcə də, Vergilər Nazirliyinin daxili istifadə üçün özünün nəşri ola bilər. Qanunla sərhədləri müəyyənləşdirilməlidir. Əgər azad media yoxdursa, təbii ki, korporativ maraqları ifadə edən media qurumları həmişə olacaq. Ona görə də bunlara qanunla məhdudiyyətlər qoyulmalıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO