Qənirə Paşayeva Bizim Media -ya açıqlamasında bildirib ki, onun da rəhbərliyində olduğu Dünya Alpaqut Federasiyası sıralarından indiyə qədər 31 nəfər Qarabağ uğrunda savaşlarda iştirak edib.
Onlardan 5 nəfəri şəhid olub.
Millət vəkili şəhid alpaqutçu İlkin Məmmədovun ailəsini ziyarət edib.
O, bildirib ki, İlkin Məmmədov Alpaqut Federasiyasında Caymaz sistemi üzrə koordinator, Alpaqut Döyüş Sənəti üzrə Azərbaycan kubokunun qalibi, Azərbaycan və Dünya çempionu idi.
İlkin Məmmədov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Millət vəkili əlavə edib ki, İlkin anası ilə son telefon danışığında "Mən şəhid olsam, ağlamayın" deyib.
Ağanisə Sultan, Bizim.Media