Azərbaycan Respublikasının vətəndaşları yaşından asılı olmayaraq yalnız biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyə Resbulikasına birbaşa səfərlər edə bilərlər.
Bizim.Media xəbər verir ki, bu məlumatı Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, köhnə nəsil şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişə icazə verilmir.
Bu qanun Türkiyədən gələn vətəndaşlar üçün də keçərlidir.
Köhnə nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq 15 yaşına qədər uşaqlara verilən biometrik şəxsiyyət vəsiqələrində onların fotoşəkli yerləşdirilir, sadəcə imzası göstərilmir.
Xatırladaq ki, ötən gün Türkiyə şəxsiyyət vəsiqələri ilə gedilə biləcək ölkələrə - Moldova, Ukrayna, Gürcüstan və Azərbaycana - 15 yaşından aşağı vətəndaşlara verilən şəkilsiz kimliklərlə səyahət edilməsini qadağan edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:01 / 07.07.2021
Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir - DSX
Hazırda oxunan: Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir - DSX
Hazırda oxunan: Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir - DSX
27760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.