Şabranda Mersedes avtomobili polis serjantını öldürdü - FOTO 

Şabranda Mersedes avtomobili polis serjantını öldürdü - FOTO 

Hazırda oxunan: Şabranda Mersedes avtomobili polis serjantını öldürdü - FOTO 

27543

Dünən gecə saatlarında Şabranda baş verən yol-nəqliyyat hadisəsində rayon polis şöbəsinin əməkdaşı həlak olub.

Bizim.Media əldə etdiyi məlumata görə, hadisə iyulun 6-sı gecə saat 01.30 radələrində Şabran rayonunun Sincan-Boyat kəndi ərazisində Bakı-Quba yolunun 124-cü km-də baş verib. 

Şabran sakini Əbülfəz Kərimovun idarə etdiyi "Mersedes Benz" markalı avtomobil yolu keçən piyada, polis serjantı, 25 yaşlı Təbriz Heybətovu vurub. Qəzada Təbriz Heybətov aldığı ağır xəsarətdən yerindəcə keçinib. 

DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb. 

Qəzanın başvermə səbəbi araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO