İri supermarketlərdə ÖZBAŞINALIQ – Qanunsuz pul dövriyyəsi, OĞURLUQ... 

İri supermarketlərdə ÖZBAŞINALIQ – Qanunsuz pul dövriyyəsi, OĞURLUQ... 

Hazırda oxunan: İri supermarketlərdə ÖZBAŞINALIQ – Qanunsuz pul dövriyyəsi, OĞURLUQ... 

27456

Paytaxtda fəaliyyət göstərən bəzi supermarketlərdə təhlükəsizlik tədbirləri ilə bağlı qanunsuzluq hökm sürür. Əşya qoyulması üçün supermarketlərin girişində yerləşən rəflərdə oğurluq halları ilə bağlı sosial şəbəkələrdə narazılıqlar artıb. “Facebook” platformasının “Müştərinin səsi” qrupunda ictimailəşən şikayətlərdən biri AF Business House-la üzbəüz yerləşən Bolmart mağazasındandır. Vəfa Məmmədzadə adlı sosial şəbəkə istifadəçisinin bildirdiyinə görə bacısının bir neçə gün əvvəl Bolmart supermarketinin rəfində yerləşdirdiyi əşyası oğurlanıb.

Belə ki, açarla mağazadan çıxarkən əşyasını unudan xanım iki gündən sonra geri dönüb.
 

MÖVZU İLƏ BAĞLI:

Qida cinayəti - Ərzaq məhsullarının “KARUSEL ƏMƏLİYYATI”


Açarla rəfə yaxınlaşsa da əşyasını tapmayıb. Müştərinin qeyd etdiyinə görə  
mağazanın filial müdüru Hikmət Mahmudov itən əşyaya görə ona kompensasiya ödəyəcəyinə vəd versə də, sonradan sözündən dönüb. Hətta əşyanın oğurlanmasına görə elə müştərinin özünü ittiham edib. 

Müştəri mağazadakı videogörüntüləri tələb edib. Görüntü xanım müştəriyə göstərilib, amma təqdim olunmayıb. Şikayətçinin bildirdiyinə görə videoda açıq şəkildə görünür ki, bir müştəri(oğru) rəflərə yaxınlaşır və əlindəki açarla rahat şəkildə xoşuna gələn əşyaları götürüb mağazanı tərk edir. Maraqlıdır ki, nə bir nəzarətçi, nə də market sahibi rəflərdəki oğurluğa görə səsini çıxarmayıb. Bir sözlə hazırda müştərinin nə əşyası tapılıb, nə də Bolmart market tərəfindən ona kompensasiya ödənilib.  Çarəsiz qalan müştəri baş verənlərlə bağlı polisə müraciət edib. 

Ümumiyyətlə, buna bənzər hallar ölkənin bir çox mağaza və supermarketlərdə yaşanır. 

Bəs, istehlakçının hüquqları necə təmin olunmalıdır? 

Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında məlum olayla bağlı ölkədə ciddi problem yaşandığını deyib:

“Müştərilərə potensial oğru kimi baxlması halları ilə bağlı təşkilatımıza hər ay 4-5 telefon zəngi daxil olur. Vaxtilə İqtisadiyyat Nazirliyi yanında  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətlər əsasında müraciət etmişdik. Dövlət qurumu bildirmişdi ki, ora mağaza və marketin öz ərazisidir, istehlakçı ilə necə istəyirsə davrana bilər. İstehlakçı təşkilatı olaraq biz dövlət qurumunun bu fikri ilə ilk gündən razı olmamışıq. İstehlakçılara potensial oğru kimi baxılmağa son qoyulmalıdır. Üstəlik bu cür məsələlərin hüquqi həlli olmalıdır”.

QHT rəhbərinin sözlərinə görə qeyd olunan hallarla bağlı istehlakçı mütləq hüquq-mühafizə orqanlarına üz tutmalıdır:

“Özünə hörmət edən market müştərinin itən əşyasına görə kompensasiya ödəməlidir. Bunun üçün əlbəttə ki, sübutlar və itən əşyanın necə oğurlanması faktı araşdırılmalıdır. Bu gün marketin qapısından girən kimi dövlətin qanunları işləmir. Biz dəfələlərlə müraciət etmişik ki, Nazirlər Kabineti marketlər üçün qaydalar hazırlamalıdır. Həmin qaydalarda bu məsələlər həll olunmalıdır ki, konkret cavabdeh şəxs məlum olsun”.

Eyyib Hüseynov bildirib ki, marketlərdə daha dəhşətli hadisələr baş verir. Hansı ki, nəticəsində istehlakçılara ciddi zərbə dəyir:

“Marketlər qeyri-qanuni olaraq rəfləri santimetrlərlə təchizatçılara və yaxud mal gətirənlərə satırlar. Eyni zamanda burada heç bir kassa qəbzi verilməyən külli miqdarda pullar dolanır. Vaxtilə bu barədə Vergilər Nazirliyinə müraciətlər etmişik. Amma bu məsələyə son qoyulmur. Marketlərdə ilkin qaydalar təsdiq olunmalıdır”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO