Müalicə üçün getmişdilər, həyatlarından oldular... - İki bacının ölümünün TƏFƏRRÜATI

Müalicə üçün getmişdilər, həyatlarından oldular... - İki bacının ölümünün TƏFƏRRÜATI

Hazırda oxunan: Müalicə üçün getmişdilər, həyatlarından oldular... - İki bacının ölümünün TƏFƏRRÜATI

274515

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən iki qadını vurub.

Onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Bizim.Media xəbər verir ki, vəfat edənlər – 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Soltanova Elnarə Astara rayonunun Giləkəran kənd sakinləri olublar. Bacılar həkim qəbuluna getmək üçün əvvəlcə Bakı şəhərinə yollanıblar.
 

Lakin orada həkimin Ağdaş rayonunda qəbul keçirdiyi məlum olub və onlar bu səbəbdən Ağdaşa gediblər.


Hadisə zamanı “Mercedes” və “KamAZ” markalı avtomobillərin iştirakı ilə qəza vəziyyəti yaranıb. Qəzadan yayınmağa çalışan “Mercedes” sürücüsü yolun qarşı tərəfinə çıxaraq məhz həmin an piyadaları vurub.

Hər iki bacı doğulduqları Astara rayonunun Giləkəran kəndində torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO