Vüsal Nəsirli: “Şəhid ailələrinə və müharibə əlillərinə 16 min mənzil təqdim olunub”

Vüsal Nəsirli: “Şəhid ailələrinə və müharibə əlillərinə 16 min mənzil təqdim olunub”

Hazırda oxunan: Vüsal Nəsirli: “Şəhid ailələrinə və müharibə əlillərinə 16 min mənzil təqdim olunub”

274512

Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Vüsal Nəsirli bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərini əhatə edən genişmiqyaslı sosial dəstək proqramlarının icrasına start verilib.

Bizim.Media xəbır verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, bu proqramlar bu gün də uğurla davam etdirilir:

“Hazırda həyata keçirilən əsas istiqamətlərdən biri şəhid və qazi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu gün həmin proqram çərçivəsində növbəti 100 mənzil onlara təqdim edilir. Beləliklə, postmüharibə dövründə ümumilikdə 6900 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. Ümumiyyətlə, ötən dövr ərzində 16 min mənzil və fərdi ev təqdim olunub. İlin növbəti dövrlərində də mənzil təqdimatları davam etdiriləcək”.

Vüsal Nəsirli həmçinin qeyd edib ki, müharibə əlillərinin avtomobillərlə təminatı proqramı da uğurla həyata keçirilir:

“2025-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, növbədə olan bütün vətəndaşlar avtomobillə təmin edilib".

Aygün Hüseyn, Sadiq Məmmədov, Elcan Bəşirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO