Azərbaycanda helikopterlə qızıl axtarılır – VİDEO

Azərbaycanda helikopterlə qızıl axtarılır – VİDEO

Hazırda oxunan: Azərbaycanda helikopterlə qızıl axtarılır – VİDEO

274510

Azərbaycanda helikopterlərlə qızıl axtarışlarına, yəni aeroelektromaqnetik tədqiqatlara start verilib.

Bizim.Media xəbər verir ki, tədqiqatlar Daşkəsən və Göygöl rayonlarında aparılır.

Qızılın geoloji kəşfiyyatda prioritet olması onun nadirliyi, iqtisadi dəyəri və əhəmiyyəti ilə bağlıdır. "AzerGold" QSC tərəfindən həyata keçirilən axtarışların əsas məqsədi sadəcə qızıl tapmaq deyil. Yeni perspektivli sahələrin müəyyənləşdirilməsidir, bu yerin səthinə fiziki müdaxilə etmədən daha müasir, sürətli və azmaliyyəli metodla həyata keçirilir.

Pilot Elvin Süleymanov qeyd edib ki, təyin olunmuş trayektoriya üzrə məlumatlar toplanır:

"Müəyyən olunmuş hündürlükdə və sürəti saxlamaqla bu ölçülər həyata keçirilir. Hazırda bizə bağlanan cihaz vasitəsilə ölçü həyata keçiririk. Aeroelektromaqnetik sistemlər çox həssas olduğundan uçuş zamanı biz vibrasiya və manevrləri minimuma endirməyə çalışırıq".

Daha ətraflı AzTV-nin videosüjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO