Xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan zabiti, II qrup Qarabağ müharibəsi əlili Şamxal Ağayev də mənzillə təmin olunan qazilər sırasındadır.
O, Bizim.Media-ya bununla bağlı açıqlamasında 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsində Kəlbəcərdən Şuşayadək şərəfli döyüş yolu keçdiyini qeyd edib:
“27 sentyabr düşmən təxribatının qarşısını almaq məqsədilə Kəlbəcərdən Şuşaya qədər döyüş yolu keçdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qələbənin qazanılmasında hər birimizin payı olduğu kimi, əsas qəhrəmanlığı şəhidlərimiz qanları və canları bahasına sübut etdilər".
Zabit dövlətin şəhid və qazi ailələrinə göstərdiyi qayğını da yüksək qiymətləndirib:
“Bu gün ölkə rəhbəri tərəfindən bizlərə göstərilən diqqət və mənzillə təmin olunmamız hər bir qaziyə verilən dəyərin göstəricisidir. Bunun üçün təşəkkürümüzü bildiririk. Mənzillə təmin olunan bütün ailələri ürəkdən təbrik edirəm".
Şamxal Ağayev onu da bildirib ki, bu gün Vətən çağırsa, döyüş meydanına qayıtmağa hazırdır:
“Biz döyüş meydanında bədən üzvlərimizi itirsək belə, əgər Vətənə təhdid olarsa, yenə silah götürüb ön cəbhədə olacağıq".
Aygün Hüseyn, Sadiq Məmmədov, Elcan Bəşirli, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:24 / 08.10.2025
Qazi Şamxal Ağayev - “Əzalarımızı itirsək belə, Vətən çağırsa, yenə döyüşə gedərik”
Hazırda oxunan: Qazi Şamxal Ağayev - “Əzalarımızı itirsək belə, Vətən çağırsa, yenə döyüşə gedərik”
Hazırda oxunan: Qazi Şamxal Ağayev - “Əzalarımızı itirsək belə, Vətən çağırsa, yenə döyüşə gedərik”
274507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.